RU

Bu ölkədə güclü zəlzələ oldu

Papua Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, episentri Yeni İrlandiyada olan zəlzələ təxminən 19 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Dağıntı və ya tələfat qeydə alınmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyanın əksər zəlzələləri və vulkan püskürmələri bu bölgədə baş verir.

Избранный
10
2
axar.az

3Источники