RU

Zəngəzur dəhlizi reallaşır

Zəngəzur

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.

Reyting.az
bildirir ki, sənəd ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanacaq.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərt irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklər edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciəti ilə təsdiqlənir.

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi ilə tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi ilə təsdiqlənir.

Vətən müharibəsindən sonra prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. İmzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır.(Trend)
Избранный
28
12
reyting.az

10Источники