RU

Hava çirklənməsi insanların mental sağlamlığına necə təsir edir?

Çirklənmiş hava ilə nəfəs almağın fiziki sağlamlığımız üçün zərərli olduğu hamıya məlumdur. Həqiqətən yanğın tüstüsünün inhalyasiyası filtrsiz siqaret çəkməyə bənzədilib. Ancaq son zamanlarda daha aydın görünməyə başlayan şey pis havanın psixi sağlamlığımıza da mənfi təsir göstərə bilməsidir.

Son illərdə havanın çirklənməsini pis psixi sağlamlıqla əlaqələndirən bir sıra tədqiqatlar aparılıb.

Havanın çirklənməsinin növləri

Bu tədqiqatların əksəriyyəti şəhər havasının çirklənməsinə yönəlmişdir, baxmayaraq ki, elm adamları indi diqqətlərini meşə yanğını tüstüsindəki kimyəvi maddələrə yönəltməyə başlayırlar.

Çirklənmə və depressiya

Bir tərəfdən də bir sıra tədqiqatlar havanın çirklənməsinə məruz qalmağı depressiya riskinin artması ilə əlaqələndirir.

Böyük Britaniyada tədqiqat

Eyni zamanda, Britaniyada aparılan bir araşdırma havada zərərli incə hissəciklərin yüksək səviyyədə olduğu ərazilərdə yaşayan insanlarda hissəciklərin səviyyəsinin aşağı olduğu ərazilərdə yaşayan insanlara nisbətən depressiya riskinin daha yüksək olduğunu göstərdi.

Doza reaksiyası?

Stenford Universitetinin epidemioloqu Con İoannidisin fikrincə, havanın çirklənməsinə məruz qalmağa doza reaksiyamız ola bilər.

Amil kimi məruzqalma müddəti

Bu, çirkli havaya məruzqalma nəticəsində depressiyaya düşmə ehtimalımızın məruz qalma müddəti ilə artacağı anlamına gəlir.

Qısa müddətli məruz qalmanın təsiri

Bununla belə, qeyd etmək lazımdır ki, hətta müəyyən çirkləndiricilərə qısamüddətli, kəskin məruz qalma da zərərli ola bilər.

Havanın çirklənməsi və narahatlıq

Digər tərəfdən, havanın çirklənməsini narahatlıqla əlaqələndirən tədqiqatlar da var. Belə bir araşdırma 2017-ci ildə Çində aparılıb.

Nəticələr göstərib ki, ən çox incə hissəciklər ilə çirklənmiş ərazilərdə yaşayan gənclər ən az çirklənmiş ərazilərdə yaşayanlarla müqayisədə narahatlığa 29% daha çox meyillidirlər.

Havanın çirklənməsi və davranış problemləri

Davranış problemləri kimi daha az ciddi psixi sağlamlıq problemlərinin havadakı çirklənmə səviyyəsindən təsirləndiyini göstərən sübutlar da vardır.

Tədqiqat zamanı uşaqların davranışlarının pisləşməsi onların qaydaları daha tez pozması və aqressiv davranması qeydə alınıb.

Yetkinlərin də havanın çirklənməsi nəticəsində daha pis davrana biləcəyinə dair sübutlar da var.

Vacib xəbərdarlıq

Əlbəttə ki, qeyd etmək vacibdir ki, havanın çirklənməsi və psixi sağlamlığın pisləşməsi ilə əlaqəli tədqiqatların əksəriyyəti assosiasiyalara əsaslanır. Yəni, havanın çirklənməsi ilə psixi sağlamlıq problemləri arasında korrelyasiya olsa da, bu, mütləq səbəb-nəticə əlaqəsi demək deyil.

Müşahidə sübutlarına etibar

Nəticədə elm adamları əsasən müşahidə sübutlarına etibar etməli olurlar. Ümumi təcrübə müxtəlif ərazilərdən havanın çirklənməsinə dair məlumatların götürülməsi və onu narahatlıq və depressiya dərəcələri ilə uyğunlaşdırmaqdır.

Ozon və dopamin istehsalı

Məsələn, siçovullar üzərində aparılan bir araşdırma, ozonun yaratdığı oksidləşdirici stressin dopamin istehsal etmək üçün lazım olan beyin neyronlarını öldürdüyünü ortaya qoyub.

Zövq molekulu

Dopamin motivasiya və mükafat reaksiyasında iştirak edən neyrotransmitterdir. Buna tez-tez 'zövq molekulu' deyilir.

İnsanlar üçün təsirlər

Bu mexanizmlər insanlarda hələ sübut edilməmiş olsa da, elm adamları buna baxmayaraq, onların heyvanlarda varlığının əhəmiyyətli olduğuna inanırlar.

Özünüzü qorumaq mütləqdir

Əgər havanın çirklənməsinin beyninizə necə təsir edə biləcəyindən narahatsınızsa, özünüzü qorumaq üçün atacağınız bəzi addımlar var.

Qoruyucu tədbirlər

Kağız maskalar adətən qeyri-kafi olur; düzgün quraşdırılmış N95 maskası ən yaxşısıdır. Yanğın tüstüsü hallarında respirator daha yaxşı seçim ola bilər.

Nubar Süleymanova, “İki sahil”

Избранный
9
ikisahil.az

1Источники