RU

Bu ölkədə təyyarə qəzası: 6 nəfər öldü

Keniyanın paytaxtı Nayrobidə səhiyyə işçilərini daşıyan təyyarə yaşayış ərazisinə düşüb. SİA xəbər verir ki, bu barədə Keniya Mülki Aviasiya İdarəsinin məlumatında bildirilib. Məlumata görə, təyyarə Nayrobidəki Uilson Hava Limanından havaya qalxdıqdan 3 dəqiqə sonra hava nəzarəti ilə əlaqəsi kəsilib. Qəza nəticəsində 6 nəfər həyatını itirib.

Qeyd edək ki, "Amref Health Africa" adlı vətəndaş cəmiyyəti təşkilatına məxsus olan təyyarə Nayrobidən Somaliyə gedirdi. Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
5
1
sia.az

2Источники