RU

Yer kürəsində son 2 ayın ən güclü maqnit qasırğası gözlənilir

Avqustun 8-də Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Trend xarici mətbuata istinadən xəbər verir ki, avqustun 5-də Günəşdə M4,4 sinfinə aid güclü partlayış qeydə alınıb. Partlayış nəticəsində plazma emissiyası da baş verib, lakin bu bulud Yeri birbaşa hədəf almadan, təxminən 45 dərəcə bucaq altında yönəlib.

Alimlər əvvəlcə bu hadisənin Yer üçün ciddi təhlükə yaratmadığını bildirsələr də, sonradan aparılan hesablamalara əsasən, geomaqnit təsirlərin gözləniləndən daha güclü olacağı müəyyən edilib.

Belə ki, Yer Günəşdən gələn yüksək sürətli plazma buludunun nüvəsindən təsirlənəcək. Bu isə planetin maqnit sahəsinə ciddi zərbə vuracaq.

Proqnozlara görə, Kp geomaqnit indeksi 6-ya qədər yüksələcək. Bu səviyyədə maqnit aktivliyi sonuncu dəfə iyunun 13-də müşahidə olunmuşdu.

Qeyd edək ki, bu cür maqnit qasırğaları güc baxımından orta səviyyədə hesab olunsa da, enerji sistemlərinə, peyklərin fəaliyyətinə və radio dalğalarının yayılmasına mənfi təsir göstərə bilər.

Mütəxəssislər qeyd edir ki, geomaqnit vəziyyətin pisləşməsi əsasən cümə gecəsi – Yerin böyük tac dəliyinin təsir zonasına daxil olduğu zaman baş verəcək. Bildirilir ki, avqustun 6-da Günəşdə cəmi bir gün ərzində 18 partlayış qeydə alınıb və bu da vəziyyətin mürəkkəbliyini göstərir.
Избранный
9
1
sherg.az

2Источники