RU

ABŞ Rusiyayanı yeni sanksiyalarla vuracaq?

Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Pigott avqustun 8-də ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, o, brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Burada çoxlu spekulyasiyalar var. Bu mövzuda spekulyasiya etmək fikrində deyiləm".

İyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafında nizamlanma ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 50 gün vaxt verəcəyini, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100% ticarət rüsumları tətbiq etmək niyyətində olduğunu bəyan edib. İyulun 29-da Amerika lideri qeyd olunan müddəti 10 günə endirdiyi barədə açıqlama verib.

Избранный
22
5
publika.az

6Источники