RU

Çində valyuta ehtiyatları iyul ayında 0,76% azalıb

Azalma əsasən valyuta məzənnələri və aktiv qiymətlərindəki dalğalanmalarla izah olunur...

Poliqon xəbər verir ki, Çin Dövlət Valyuta Nəzarəti İdarəsi iyul ayının sonuna olan valyuta ehtiyatlarının həcmini açıqlayıb. Rəsmi məlumata görə, ehtiyatların ümumi həcmi 3 trilyon 292,2 milyard dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 25,2 milyard dollar və ya 0,76% azdır. Məlumatı Çin Xinhua agentliyi yayıb.

İdarə bu azalmaya səbəb kimi valyuta məzənnələrindəki dəyişiklikləri və maliyyə aktivlərinin qiymətlərində baş verən dalğalanmaları göstərib. Bildirilib ki, iyul ayında ABŞ dollarının indeksi artıb, eyni zamanda, dünya maliyyə bazarlarında aktiv qiymətləri qarışıq istiqamətdə dəyişib. Bu dəyişikliklərə əsasən qlobal makroiqtisadi göstəricilər, aparıcı ölkələrin pul-kredit siyasətləri və bazar gözləntiləri təsir edib.

Bununla yanaşı, açıqlamada qeyd olunub ki, Çin iqtisadiyyatı yüksək dayanıqlılıq və böyük potensial nümayiş etdirir. Uzunmüddətli perspektivdə ölkənin iqtisadi inkişafı üçün əlverişli şərtlər və əsas tendensiyalar sabit qalır ki, bu da valyuta ehtiyatlarının ümumi sabitliyinə töhfə verir.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники