RU

Hava dəyişir, problemlər olacaq: əhaliyə xəbərdarlıq edildi – DİQQƏT

  Uzun müddət davam edən anomal istilərdən sonra havaların yavaş-yavaş soyuyacağı, yaxın günlərdə isə yağışlı və küləkli havaların başlayacağı proqnozlaşdırılır. Belə iqlim dəyişiklikləri adətən insanların həm psixoloji, həm də bioloji sağlamlığına təsir edir, xəstəliklərin, xüsusilə soyuqdəymə hallarının artmasına səbəb olur.

Bu keçid dövründə insanlar nələrə diqqət etməlidirlər?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, insanların iqlim təlatümlərindən qorunmaq üçün kifayət qədər imkanlar var.

Onun sözlərinə görə, ən azından insanların evləri, kondisionerləri və digər mühafizə vasitələri mövcuddur, buna görə də həm soyuq, həm də isti havalardan müvafiq şəkildə qorunmaq mümkündür:

“Lakin əsas məsələ ondan ibarətdir ki, biz artıq Yer kürəsinin istilik tənzimi mexanizmlərinin pozulması, yəni qlobal istiləşmə kimi tanınan ciddi bir proseslə üz-üzəyik. Dünyanın müxtəlif regionlarında iqlimin kəskin dəyişməsi müşahidə olunur və bu dəyişikliklər relyefə də təsir göstərəcək. Belə davam edərsə, hesab edirəm ki, insanlar buna adaptasiya olmalıdırlar. Tarix boyunca yay isti, payız soyuq və küləkli, qış isə soyuq, şaxtalı keçib. Biz artıq fəsil dəyişmələrinə alışmışıq. Sadəcə, çox adam isti havaları xoşlamır. Ancaq unutmamalıyıq ki, Günəş olmasa, bu qalaktikada, bizim Günəş sistemi planetlərində həyat tamamilə dayanar”.

Избранный
12
8
referans.az

9Источники