Vaşinqtonda böyük siyasi və tarixi əhəmiyyət kəsb edən hadisə - Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətninin paraflanması baş verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “caliber.az” məlumat yayıb.
Bu addım o deməkdir ki, tərəflər saziş layihəsinin bütün bəndləri üzrə konsensusa gəliblər və onun məzmunu ilə razılaşdıqlarını rəsmən qeyd edəcəklər.
Qeyd edək ki, paraflanma mühüm diplomatik prosedurdur və bu, sazişin yekun imzalanmasına bərabər olmasa da, mətnin təsdiqi mərhələsinin başa çatdığını təsdiqləyir. Beynəlxalq təcrübə nöqteyi-nəzərindən bu, tərəflərin tam hüquqlu və hüquqi öhdəliyi olan sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərir.
Eyni zamanda, sülh müqaviləsinin faktiki imzalanması 2026-cı ildə Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumundan sonra baş tuta bilər.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта