RU

Livandan silahları toplama qərarı: Hədəfdə Hizbullah da var

Livan hökuməti qeyri-dövlət qurumlarından silah toplamaq qərarına gəlib.

Turkustan.az xəbər verir ki, Livan prezidenti Cozef Aunun da iştirak etdiyi toplantıda ölkədəki bütün qeyri-dövlət qruplarından silahların toplanması barədə qərar qəbul edilib. Açıqlamaya görə, qərara ölkənin cənubunda hakimiyyəti əlində tutan Hizbullah da daxildir.

İclasda həmçinin qərara alınıb ki, İsrail “beş mövqe” daxil olmaqla Livan ərazisindən çəkilsin və hərbi əməliyyatları dayandırsın.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Livan ordusunun bütün ölkəyə hökmranlıq etməsi və əsas nöqtələrdə yerləşdirilməsi planlaşdırılır.

İsrailin hücumları səbəbindən evlərini tərk edən livanlı mülki şəxslərin geri qaytarılması da alınan qərarlar arasında olub.

1989-cu ildə Livan parlamenti tərəfindən təsdiq edilən Taif sazişinə əsasən, Livan hökumətinin Livanın cənubu da daxil olmaqla bütün ölkə üzərində tam suverenliyinə malik olması planlaşdırılır.

İsrail ilə Livan arasındakı problemi həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi 1701 saylı qətnamənin həyata keçirilməsi və İsrailin bu istiqamətdə Mavi xəttin arxasına çəkilməsi də nəzərdə tutulur.

Aytən Yaşar/ Turkustan.az

Избранный
3
turkustan.az

1Источники