RU

Emreli "Şalke"yə qol vurmaq istədiyini açıqladı

style='margin-bottom:10px;'>

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2-ci Bundesliqanın "Şalke" ilə oyununda qol vurmaq istəyir.

QOL.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Bild"ə açıqlama verib.

O, növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edir:

"Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".

Qeyd edək ki, "Kayzerslautern" 2-ci Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke"ni qəbul edəcək.

Избранный
32
4
teleqraf.com

6Источники