Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 31 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.