RU

Avropalı naziri canlı yayımda insult vurdu - VİDEO

Serbiyanın investisiya naziri televiziyada canlı yayımda insult keçirib.

Serbiyanın dövlət investisiyalar naziri Darko Qlişiç "Pink" telekanalında səhər proqramının canlı yayımı zamanı insult keçirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki,  müvafiq görüntülər internetdə yayımlanıb. Məmurun sifəti əyilir, lakin aparıcılar ona nə baş verdiyini dərhal dərk etməyiblər.

Hadisə avqustun 5-də baş verib.

Nazir həmçinin danışmağa çətinlik çəkib, üzünün bir hissəsi hissizləşib. Aparıcılar hər şeyin qaydasında olub-olmadığını soruşdular və əvvəlcə Qlişiç onları sakitləşdirməyə çalışsa da, sonda məmur təcili xəstəxanaya yerləşdirilməli olub.

QAZİLER.AZ

Избранный
87
18
qaziler.az

10Источники