Bakı. Trend:
İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir ƏliSərdari İrəvani Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər ƏliyevFondunun birgə təşkilatçılığı ilə Xankəndidə baş tutan“Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor GənclərininVI Yay Düşərgəsində iştirak edib.
Trend xəbərverir ki, o, düşərgə çərçivəsində baş tutan panellərin birindəAzərbaycan dilində çıxış edib.
“Belə qərar verdim ki, mən bu mühüm tədbirdə ana dilindədanışmalıyam”, - deyə o bildirib.
Əmir Əli Sərdari İrəvani qeyd edib ki, həmçinin, QərbiAzərbaycan İcmasının fəxri üzvü olmaq onun üçün qürurmənbəyidir.
İrəvan xanının nəslinin davamçısının Xankəndidəki çıxışışıtəqdim edirik: