RU

Ölkəmizin tanınmış idmançıları və idman jurnalistləri ilə diaspor gənclərinin görüşü olub (FOTO)

Bakı. Trend:

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsindənövbəti görüş baş tutub. Bu dəfə düşərgə iştirakçıları Azərbaycanıntanınmış idmançıları və idman jurnalistləri ilə bir arayagəliblər.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, tanınmış idman jurnalistləri Gündüz Abbaszadə vəİlkin Xəlilovun moderatorluğu ilə keçirilən görüşdə azərbaycanlıparaatlet, 4 qat dünya çempionu və “Paris 2024” ParalimpiyaOyunlarının qalibi Lamiyə Vəliyeva, güləş üzrə 2 qat dünya və 3 qatAvropa çempionu, “Tokio 2020” Olimpiya Oyunlarının mükafatçısıRafiq Hüseynov və əfsanəvi idmançı, Olimpiya OyunlarındaAzərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qatdünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam HəmrəylikOyunlarının 2 qat qalibi Mariya Stadnik iştirak ediblər.

Azərbaycan bayrağını beynəlxalq arenalarda qürurla dalğalandıranidmançılar şəxsi təcrübələrini paylaşıb, gənclərin çoxsaylısuallarını cavablandırıblar. Düşərgə iştirakçılarına Azərbaycanınidman sahəsindəki nailiyyətləri, qazandıqları uğurlar və gəncnəslin bunları davam etdirməsi üçün maraqlı tövsiyələr verilib.Onlar gənclərə şəxsi karyeralarından örnəklər çəkərək istedad vəbacarığı inkişaf etdirmək üçün intizam və məqsədə doğru sistemliirəliləyişin vacibliyini dilə gətiriblər. İdmançıların cavablarıgənclərin böyük marağına səbəb olub, onların paylaşdıqları bilgilərcoşğu ilə qarşılanıb. Panel maraqlı müzakirələrlə davam edib,soydaşlarımız bu görüşü yüksək qiymətləndiriblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək DiasporGənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI YayDüşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundanəvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən çox gənc qatılıb.

Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Избранный
18
3
az.trend.az

4Источники