RU

Mevlüt Salman Tecim: "Beynəlxalq ictimaiyyət Azərbaycan reallığını qəbul etməyə başlayıb"

"Azərbaycan işğal altındakı torpaqlarını azad etməklə bölgədə yeni reallıq yaradıb".
 
Moderator.az xəbər verir ki, bunu oxu.az-ın sualına cavabında "TRT World"ün direktoru Mevlüt Selman Tecim deyib.
 
O bildirib ki, Azərbaycan güclü siyasi iradəsi və hərbi gücü ilə illərdir dünya ictimaiyyətinin işğal olunmasını sükutla qarşıladığı torpaqlarını azad etməklə Ermənistanı fakt qarşısında qoydu:
 
"Ermənistan, nəhayət, həm işğal faktını qəbul edir, həm də bundan sonra sülh və sabitlik istiqamətində irəliləmək istədiyini bəyan etmək məcburiyyətində qalır. Ermənistanın baş naziri Nikol Paşinyan da ölkə daxilində müxalifətin təzyiqinə baxmayaraq, danışıqlar masasında prosesi davam etdirir. Rəsmi Bakı üçün bu prosesin davamı bölgədə sülh və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın mövqeyi və Türkiyə ilə birgə sərgilədiyi qətiyyətli duruş sayəsində beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Fransa reallığı qəbul etməyə başlayıblar".
 
"Məsələnin digər mühüm tərəfi isə iqtisadiyyatla bağlıdır. Ticarət yollarının açılması həm türk dünyası, həm də Çin üçün strateji əhəmiyyətə malikdir. Çin də bu mövzuya xüsusi önəm verir. Siyasi konyunktura baxdıqda proses həm regional, həm də qlobal miqyasda əhəmiyyət daşıyır. Türkiyə də hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın yanındadır, prosesin beynəlxalq platformalarda təsirli olması üçün birgə addımlar atılır", - deyə direktor əlavə edib.
Избранный
56
5
moderator.az

5Источники