RU

Paytaxt ərazisində motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. 

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
26
44
operativmedia.az

10Источники