RU

Bakıda motosiklet və skuter oğurlayanlar saxlanıldılar

Bakıda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

Bu barədə Viral.az/” target=”_blank”>Viral.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.

Son Yazılar:

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
53
19
viral.az

10Источники