RU

ANAMA və GICHD mina təhlükəsinə qarşı əməkdaşlıq memorandumu imzaladı

Minatəmizləmə Agentliyi (ANAMA) ilə sahə üzrə nüfuzlu beynəlxalq təşkilat olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) arasında “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Bu barədə Publika.az-a ANAMA-dan məlumat verilib.

Sözügedən memorandumda ANAMA-nın potensialının gücləndirilməsi, strateji planlaşdırma və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməyə dəstək, birgə layihələrin həyata keçirilməsi, humanitar minatəmizləmə ilə ətraf mühit və iqlim dəyişikliyi arasında bağlantılar daxil olmaqla bilik və təcrübə mübadiləsi, informasiyanın idarə edilməsi, təlimlərin keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Избранный
94
8
publika.az

3Источники