Avqustun 8-i axşamdan 11-i gündüzədək Bakıda və Abşeron yarımadasında, habelə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub.
Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Telegram kanalımız