Yevlaxda zəncirvarı qəza ölümlə nəticələnib.
Modern.az xəbər verir ki, Xaldan-Mingəçevir avtomobil yolunun Əkşəm kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada "VAZ-2106", "Honda" və "Qazel" markalı avtomaşınlar toqquşub.
Nəticədə, maşınlardan biri su kanalına düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər qadın həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.