Cənubi Koreya millisinin lideri Son Hın Minin yeni klubu bəlli olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı ulduz futbolçu karyerasına ABŞ-nin "Los Anceles Kings" klubunda davam edəcək.
Müqavilə 2 illik müddəti əhatə edəcək.
Qeyd edək ki, Son Hın "Tottenhem"də 10 il forma geyinib. O, avqustun 2-də komandasından öz istəyi ilə ayrılıb.
Hüseyn
Milli.Az