RU

Ümrə ziyarətinin vaxtı açıqlandı

  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilən növbəti Ümrə ziyarətinin vaxtı açıqlanıb.

 

Referans  xəbər verir ki, bu barədə Teleqraf-a İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri danışıb.

 

O bildirib ki, növbəti Ümrə ziyarəti sentyabr ayının əvvəlinə, Məhəmməd Peyğəmbərin mövlud günlərinə təsadüf edəcək.

 

Onun sözlərinə görə, aprel ayının 20-dən dayandırılan Ümrə ziyarətinin ilk qrupu iyulun 30-da yola düşüb.

 

“İlk qrup avqustun 6-da Ümrə ziyarətindən geri qayıdıb. İkinci qrupun isə sentyabr ayının əvvəlində yola düşməsi gözlənilir. Qruplar 10 nəfərdən 25 nəfərə qədər təşkil olunur. Ayda 2-3 qrup yola salınır. Bu proses Həcc ziyarətinə təxminən 1 ay qalmışa qədər davam edəcək.

 

Ümrə ziyarətinin qiyməti hotel və xidmət səviyyələrinə görə 1000 dollar və ya yuxarı olur”,  

Избранный
123
9
referans.az

10Источники