RU

17 ildir unudulmayan "5 günlük müharibə"nin izləri FOTOLARDA

17 il keçməsinə baxmayaraq, həmin gün gürcülərin xatirindən heç vaxt  silinməyəcək. 2008-ci il avqustun 7 -si,   23:35-də başlayan, tarixə “5 günlük müharibə”, yaxud “Avqust döyüşləri” kimi düşən Rusiya- Gürcüsatan münaqişəsi iki keçmiş Sovet dövləti arasında müharibəyə çevrildi. XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanındı və kiberəməliyyatların tətbiq edildiyi ilk savaş oldu.

Müharibə necə başladı və bitdi?

2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü "Qızılgül inqilabı" nəticəsində Tiflis ilə Moskva arasındakı münasibətlər pisləşməyə başladı. Bu münasibətlər 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. Avqustun 1-də cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutdular.

Nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı. Rusiyanın dəstək verdiyi separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələri endirilməsi isə 1992-ci ildə imzalanmış atəşkəs razılaşmasını qüvvədən saldı. Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə avqustun 7-də Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bununla da strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda genişmiqyaslı döyüşlər başladı. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi. Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə avqustun 7-də Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bununla da strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda genişmiqyaslı döyüşlər başladı. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.

Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqressiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə hücumlara başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiyada, həmçinin ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldular. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək, ikinci cəbhə açdılar. Müharibə yalnız quruda və havada deyil, su hövzələrində də aparıldı. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya almağı bacardı. Döyüşlərin gedişində Rusiya Hərbi Hava Qüvvələri münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirmişdi. Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiberəməliyyatların da aparıldığı ilk savaş kimi tarixə keçdi.
5 gün davam edən şiddətli döyüşlərdə Gürcüstan tərəfi 169, Rusiya isə 67 hərbçisini itirmişdi.

Aktiv informasiya müharibəsi həm döyüşlər ərzində, həm də daha sonra davam etdi. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatdı. Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini tutub, atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. Cənubi osetiyalılar isə gürcü kəndlərinin əksər hissəsini dağıtdılar və müharibəyə qədər burada yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı. Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Bu gün də məlum münaqişə səbəbindən Gürcüstanla Rusiya arasında soyuq münasibətlər davam edir, diplomatik əlaqələr isə bərpa olunmayıb.

 P.S. Bəzi soydaşlarım üçün bildirim ki, ABŞ administrasiyası 8 avqust  gününü  boş yerəAzərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırmayıb. Bu görüşün nəticəsi olaraq  Rusiyanın  qanlı caynaqlarının Qafqazdan kəsiləcəyinə bir işarədir. 

 Əntiqə Rəşid

Избранный
53
adalet.az

1Источники