Yevlax rayonunda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var...
"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində üç avtomobilin toqquşması nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) aldığı xəsarətdən ölüb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1956-cı il təvəllüdlü X.Xəlilov və 2004-cü il təvəllüdlü İ.Cəfərova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info