RU

Vaşinqtonda Memorandumun imzalanması ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın "qızıl standartı" olacaq - Amerikalı ekspert

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəriçərçivəsində Azərbaycan və ABŞ arasında Anlaşma Memorandumununimzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələninbaşlanğıcı olacaq və iki ölkə arasında strateji tərəfdaşlığın“qızıl standartını” müəyyənləşdirəcək.

Bunu Trend-əABŞ-nin Avropa geosiyasəti və trans-Atlantik təhlükəsizlik sahəsiüzrə alimi Piter Teys Azərbaycan Respublikası Hökuməti ilə AmerikaBirləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikası iləAmerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqındaXartiyanın inkişafı məqsədilə Strateji İşçi Qrupun yaradılmasıbarədə Anlaşma Memorandumu haqqında danışarkən deyib.

Sənədə əsasən, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıqüç əsas istiqaməti ehtiva edəcək:

  • Energetika, ticarət və tranzit sahələrində əməkdaşlıq da daxilolmaqla regional əlaqələr;
  • Süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqlaiqtisadi investisiyalar;
  • Müdafiə sahəsində satışlar və terrorizmə qarşı mübarizə dədaxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.

Teysin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi vəticarət tərəfdaşlığı Prezident İlham Əliyevin Vaşinqtona tarixisəfərinin əsasını təşkil edir.

“Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə olduqcavacib olan ikitərəfli tərəfdaşlığı yeniləyərək tarixə yeni birsəhifə yazır”, - deyə Teys vurğulayıb.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti Avropada Amerikainstitutları modelinin təşviqində mühüm rol oynayır.

“Bu fakt Prezident Trampı Bakı ilə böyük tərəfdaşlıqformalaşdırmağa, həmçinin ABŞ və Azərbaycan biznes icmalarıarasında daha sıx əlaqələri təşviq etməyə ilhamlandırıb”, - obildirib.

Piter Teys qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi vəonun dövlət idarəçiliyindəki müstəsna fəaliyyəti Azərbaycanakonkret iqtisadi və siyasi nailiyyətlər qazandırıb.

“Azərbaycanın xarici siyasəti getdikcə daha dinamik vənəticəyönlü olur. Məhz mürəkkəb geosiyasi şəraitdə gerçəkləşdirilənbu kimi nailiyyətlər Bakının milli maraqlarını müdafiə etməsinəimkan verib”, - ekspert bəyan edib.

O həmçinin, Azərbaycanın dayanıqlı institutlarınmöhkəmləndirilməsi, “yaşıl” iqtisadiyyatın inkişafı, regionalinteqrasiyanın təmin edilməsi və davamlı sülhün qurulmasıistiqamətindəki səylərini qeyd edib.

“Prezident İlham Əliyevin Ağ Evə səfəri Bakının son onillikdəəldə etdiyi mötəbər nailiyyətlərin sübutu olacaq. ABŞ PrezidentiDonald Tramp Prezident İlham Əliyevin müstəsna liderliyinitanıyır”,- Piter Teys vurğulayıb.

Onun sözlərinə görə, Ağ Ev administrasiyası üçün Azərbaycanlastrateji tərəfdaşlığı qorumaq və gücləndirmək son dərəcəvacibdir.

Избранный
49
4
az.trend.az

2Источники