

“Bildiyiniz kimi, Türkiyənin Suriyada və ümumilikdə Yaxın Şərqdə güclü nüfuzu var. Bu ixrac Azərbaycanla Türkiyənin regional əməkdaşlığını və strateji ittifaqınıdaha da gücləndirir. Məlum olduğu kimi, Yaxın Şərqdəki bir çox strateji problemin həllində Türkiyənin rolu artmaqdadır. Bu kontekstdə qaz ixracı prosesində də onun rolu olduqca mühümdür. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl qeyd etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevə Suriyaya qaz ixracı ilə bağlı müraciət etmiş və müsbət cavab almışdır. R. T. Ərdoğan bildirmişdi ki, ölkəsinə qayıdan kimi müvafiq qurumlara bu istiqamətdə tapşırıqlar verəcək – və belə də oldu”. İqtisadçı əlavə edib ki, əsas məsələ yalnız gəlir deyil, ixrac coğrafiyasının diversifikasiyasıdır: “Hazırda Azərbaycanın ildə təxminən 50 milyard kubmetr qaz hasilatı var və bunun təxminən yarısı ixrac olunur. Ən böyük ixrac bazarımız isə Türkiyədir. İndi isə həmin qazın bir hissəsi Türkiyə üzərindən Suriyaya ixrac edilir. Bu qazı başqa bir ölkəyə də satsaq, nəticədə ölkəmizə valyuta axını daxil olur. Avropa ölkələrinin qaz alış qiymətləri Suriyanın alış qiymətindən ucuz deyil. Azərbaycan qazının Suriyanın enerji təhlükəsizliyində rol alması, ölkəmizin beynəlxalq mövqeyini gücləndirəcək. Bu layihə Azərbaycanın Yaxın Şərqdə siyasi oyunçuya çevrilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu proseslər təkcə iqtisadi deyil, siyasi dividentləri də ön plandadır”.Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Yaxın Şərqdə özünü göstərməsi Türkiyə üçün də müsbət dəstək olacaq:

"Azərbaycanın bölgədə gücünün artması Türkiyənin də gücünü artıracaq. Türkiyə Suriyada və İraqda bu ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Azərbaycan təbii mavi qazının Türkiyə üzərindən Suriyaya çatdırılması iki ölkənin ortaq gücünün göstəricisidir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində Azərbaycan və Türkiyə daim birgə hərəkət edir. Can Azərbaycanımızın uğurları ilə fəxr edirik”.Gülbəniz Hüseynli / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanmışdır.
