Hindistan ABŞ-dan "Boeing P-8I" patrul təyyarəsinin alınması və digər müqavilələri dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hindistan idxalına 25 faizlik yeni rüsumlar tətbiq edərək, ümumi məbləği 50 faizə çatdırıb. Bu addım Hindistanın Rusiya neftini aşağı qiymətlərlə almağa davam etməsinə cavab olaraq atılıb.
Hindistan da öz növbəsində altı ədəd "Boeing P-8I" patrul təyyarəsi almaq üçün 3,6 milyard dollarlıq müqavilə də daxil olmaqla, ABŞ silahları üçün yeni müqavilələri dayandırıb.