RU

Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq

  “Biz Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllini tam dəstəkləyirik”.

Referans  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

“Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, bu gün Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş vermiş müharibədən 17 il ötür.  

Избранный
69
4
referans.az

10Источники