RU

Dünyada ərzaq qiymətləri daha da bahalaşıb

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal ərzaq qiymətləri iyul ayında iki ildən çox müddətdə ən yüksək həddə çatıb.

"Unikal" xəbər verir ki,  bu  barədə FAO məlumat yayıb. 

"Bir çox ölkələrdə yüksək inflyasiya əhalinin, xüsusilə də yoxsulların alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salıb və onların sağlam qidalanmaya çıxışını çətinləşdirib", - hesabatda deyilir.

FAO-nun məlumatına görə, ərzaq qiymətləri üçün qlobal etalon rolunu oynayan ərzaq qiymətləri indeksi bu ilin iyul ayında əvvəlki ayla müqayisədə 1,6 faiz artaraq orta hesabla 130,1 bənd təşkil edib.

Təşkilat qeyd edir ki, bu göstəricilər 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.

Избранный
74
50
unikal.az

10Источники