RU

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsiçərçivəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimikeçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Komitənin əməkdaşı Esmira Xəlilovanın aparıcılığıilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və TəhsilNazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiqtəhsil naziri, akademik Misir Mərdanov, Milli Məclisin deputatı,Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininüzvü Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığıntədqiqatçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətininüzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim, Qərbi Azərbaycanİcmasının üzvü Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparatrəhbəri Qalib Qasımov iştirak edib.

Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi,oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəkiçoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunubsaxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeydolunub. “Qərbi Azərbaycan İrsi” kitabının tariximiz vəmədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki,kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızınhüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətlimənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların busahədə tarixi biliklərinin artırılmasına və həqiqətlərimizi dünyaictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.

Tədbirdə Qərbi Azərbaycan torpaqlarında baş vermiş vandalizmaktlarını əks etdirən fotosərgi, həmçinin Qərbi Azərbaycanhəqiqətləri ilə bağlı sənədli film nümayiş olunub.

Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərəçoxsaylı suallar ünvanlayıblar.

Sonda iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti iləbağlı hədiyyələr təqdim olunub.

Qeyd edilib ki, avqustun 3-dən 9-dək davam edəcək DiasporGənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI YayDüşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundanəvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən çox gənc qatılıb.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Избранный
81
15
az.trend.az

10Источники