RU

Marketlərdə satılan tuna balığı əslində bildiyimiz kimi deyilmiş: İçində nələr var?

Supermarketlərin rəflərində tez-tez rast gəldiyimiz konservləşdirilmiş “ton balığı” ilə bağlı maraqlı fakt üzə çıxıb. Mütəxəssislər bildirir ki, illərdir “tuna balığı” adı ilə satılan məhsullar əslində tək bir növ deyil, müxtəlif tuna növlərinin qarışığından ibarətdir.

E-saglam.az-ın məlumatına görə, “Tuna balığı” termini geniş yayılmış olsa da, elmi baxımdan müəyyən bir balıq növünü ifadə etmir. İngiliscə “tuna”, türkcə “orkinos” adlandırılan bu balıq qrupu bir neçə fərqli növü əhatə edir. Bazardakı konservlərdə isə çox vaxt bu növlərin bir neçəsinin əti birlikdə istifadə olunur.

Konservlərdə ən çox rast gəlinən tuna növləri

Skipjack Tuna

Konserv istehsalında ən çox istifadə olunan növdür. Uzunluğu 50-100 sm, çəkisi isə 15 kq-a qədər ola bilər. Əti tünd rəngdədir və nisbətən ucuz olduğu üçün geniş yayılıb.

Albacore Tuna

“Ağ ətli tuna” kimi tanınır. Uzunluğu 140 sm, çəkisi isə 60 kq-a çata bilir. Əti açıq rəngli və yumşaqdır, əsasən Aralıq dənizində tutulur.

Sarıüzgəcli Tuna

240 sm-ə qədər böyüyür. Daha çox fileto və biftek kimi istehlak edilir, konservlərdə nadir hallarda istifadə olunur.

Böyükgöz Tuna

230 sm-ə və 200 kq-a qədər çata bilər. Yağlı və ləzzətli əti sayəsində Yapon mətbəxində çiy, Qərb mətbəxində isə qızardılmış şəkildə təqdim olunur.

Mavi Tuna

Tuna növlərinin ən böyüyüdür — uzunluğu 3 metr, çəkisi yarım ton ola bilər. Əti yağlı və aromatikdir, yüksək səviyyəli restoranlarda böyük qiymətə satılır.

Ətin rəngi növə görə dəyişir

Albacore növü açıq rəngli olduğu üçün “ağ tuna”, skipjack isə tünd ətli olduğu üçün “tünd tuna” adı ilə satılır.

Mütəxəssislər istehlakçılara məhsulun etiketini diqqətlə oxumağı tövsiyə edir. Balığın növünü bilmək həm dad, həm də qida dəyərinə görə daha düzgün seçim etməyə imkan verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
11
e-saglam.az

1Источники