RU

SON DƏQİQƏ:Rusiya SOCAR-ın neft bazasına  zərbə endirib: Ağır yaralananlar var

Rusiya Federasiyası Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazasına zərbə endirib. Hadisə Ukraynanın Odessa vilayətində baş verib.

RBC-Ukrayna-nın mənbələrinə görə, hücum beş ədəd “Şahed” tipli PUA ilə həyata keçirilib. Nəticədə yanğın başlayıb, dizel borusu zədələnib. SOCAR-ın dörd əməkdaşı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddətdə söndürülüb, hazırda bərpa işləri aparılır.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına əsasən, zərbələr hədəfli şəkildə endirilib.

Xatırladaq ki, son həftələrdə bu, SOCAR-ın Ukraynadakı obyektlərinə ikinci hücumdur. Bundan əvvəl Orlovka yaxınlığında Azərbaycan qazının ötürülməsini təmin etməli olan qazpaylayıcı stansiya zədələnmişdi.haqqin.az

Избранный
19
moderator.az

1Источники