Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” pilotsuz təyyarələri ilə hücum edib.
Teleqraf RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd olunub ki, hücum nəticəsində SOCAR-ın 4 əməkdaşı ağır yaralanıb.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir.