Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Oxu.az-a istinadən xəbər verir ki, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza “Opel” markalı minik maşını ilə “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb.
Faktla bağlı araşdırma başlanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта