RU

Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Moderator.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib.

22:55

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evin önündə rəsmi olaraq qarşılayıb.

Moderator.az Report-a istinadən xəbər verir ki, Tramp Paşinyanı qarşılayaraq əl sıxıb və media nümayəndələri qarşısında qısa müddətli söhbət aparıblar.

Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Paşinyanla görüşdən sonra Prezident Tramp Ağ Evdə təşkil olunacaq genişmiqyaslı danışıqlarda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə təklikdə görüşəcək.

Bu görüş Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülh müqaviləsinin imzalanması ümidlərini artırır.

Prezident Tramp hər iki liderlə ikitərəfli münasibətləri möhkəmləndirmək və regionda sülhü təşviq etmək üçün əməkdaşlıq planlarını müzakirə edəcək.

Görüşlərdən sonra Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.

Избранный
13
13
moderator.az

10Источники