ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçirilən üçtərəfli görüşdə bildirib ki, bu gün Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev mühüm sənədə imza atacaqlar.
News365.az xəbər verir ki, Tramp vurğulayıb ki, əvvəlcə bu mümkün görünmürdü, lakin güclü diplomatik səylər sayəsində böyük irəliləyiş əldə olunub. O bildirib:
“35 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkəyə böyük ziyan vurub. Onlar həll yolu axtarırdılar, həm Avropa İttifaqı, həm Rusiya ciddi cəhdlər göstərsə də, nəticə əldə olunmadı. Co Bayden də buna nail ola bilmədi, digər dövlətlərin səyləri də nəticəsiz qaldı. Amma biz ABŞ olaraq bu gün böyük sənədlər silsiləsinə imza atdıq.”