RU

ABŞ Prezidenti Donald Tramp: Bu gün Paşinyan və Əliyevin adları tarixə keçəcək, onlar ciddi sənədə imza atacaqlar

Ajans.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib. Tramp bildirib ki, münaqişə nəticəsində xeyli insan həlak olub. Azərbaycanla Ermənistan 30 ildir ki, müharibə içində idi. ABŞ lideri bildirib ki, Qafqaza səfərə getməyin vacib olduğunu qeyd edərək ölkə liderlərini belə qiymətləndirib: "Siz çox böyük liderlərsiniz, adlarınız tarixə keçəcək". Tramp vurğulayıb ki, əvvəlcə bu mümkün görünmürdü, lakin güclü diplomatik səylər sayəsində böyük irəliləyiş əldə olunub. O bildirib:

“35 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkəyə böyük ziyan vurub. Onlar həll yolu axtarırdılar, həm Avropa İttifaqı, həm Rusiya ciddi cəhdlər göstərsə də, nəticə əldə olunmadı. Co Bayden də buna nail ola bilmədi, digər dövlətlərin səyləri də nəticəsiz qaldı. Amma biz ABŞ olaraq bu gün böyük sənədlər silsiləsinə imza atdıq.”

Избранный
28
4
Ajans.az

7Источники