Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Tramp ilə görüşdən şəkillər paylaşıb.
Referans xəbər verir ki, şəkillər iki dövlət başçısının Oval ofisdə görüşü zamanı çəkilib.
Qeyd edək ki, avqustun 8-də Ağ Evdə iki ölkə liderlərinin görüşü olub. Görüşün sonunda sənəd imzalanıb.
Daha sonra Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.