RU

Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişi üzrə birgə bəyanat imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan 8 avqustda Vaşinqtonda görüşərək, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması istiqamətində birgə bəyanat qəbul ediblər.

Bəyanata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması üzrə Sazişin mətni üzərində razılığa gəlib və sənədi xarici işlər nazirləri səviyyəsində paraflayıblar. Sazişin imzalanması və ratifikasiyası istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Liderlər həmçinin ATƏT-in Minsk prosesinin və ona bağlı strukturların bağlanması ilə bağlı birgə müraciəti imzalayıb və bütün ATƏT üzvlərini bu qərarı qəbul etməyə çağırıblar.

Bəyanatda Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz keçid və qarşılıqlı faydalı nəqliyyat əlaqələrinin əhəmiyyəti vurğulanıb. Ermənistan, ABŞ və üçüncü tərəflərin iştirakı ilə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsinin çərçivəsi hazırlanacaq.

Tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi əsasında mehriban qonşuluq münasibətləri qurmaq niyyətlərini təsdiqləyib, hər hansı qisas cəhdini indi və gələcəkdə rədd etdiklərini bəyan ediblər.

Избранный
82
1
anews.az

10Источники