RU

Türkiyə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb.
 
APA xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
 
"Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişdən və bununla bağlı bu gün (8 avqust) Vaşinqtonda qəbul edilmiş öhdəlikdən məmnunuq.
 
Beynəlxalq münaqişələrin və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülhün və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının prosesə töhfələrini yüksək qiymətləndiririk.
 
Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdən istifadə edilib. Biz Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik", - bəyanatda qeyd edilib.
Избранный
25
9
moderator.az

10Источники