RU

Aİ: Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyir.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta "X" hesabında paylaşım edib.

"Bu gün Vaşinqtonda Ermənistan və Azərbaycan arasında Sülh Müqaviləsinin ilkin imzalanmasını səmimi qəlbdən qarşılayıram. Bu, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın atdığı vacib addımdır və uzunmüddətli, davamlı sülhə yol açır",- paylaşımda deyilir.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Görüşün sonunda dövlət başçılarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb.

Избранный
46
1
operativmedia.az

9Источники