RU

Sülh sazişi xarici işlər nazirləri tərəfindən paraflanıb

BAKI, 9 avqust. TELEQRAF

Sülh sazişinin razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən paraflanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannaməsində deyilir.

Bu barədə Bəyannamənin birinci bəndində qeyd olunub: "Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik".

Избранный
6
1
teleqraf.com

2Источники