Moskva Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskadan sonra növbəti görüşün Rusiyada baş tutacağını gözləyir.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, ABŞ Prezidentinə müvafiq dəvət göndərilib.
"Moskva və Vaşinqton qarşıdakı günləri Alyaskada keçiriləcək görüşün parametrlərinin fəal və intensiv şəkildə işlənməsinə həsr edəcək; bu, asan proses olmayacaq", - Uşakov qeyd edib.
Bundan əvvəl Tramp Putinlə görüşün avqustun 15-də ABŞ-nin Alyaska ştatında baş tutacağını bildirmişdi. Uşakovun sözlərinə görə, Putin və Tramp Alyaskada keçiriləcək sammit zamanı əsas diqqəti Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə yönəldəcək.