RU

Bakı və İrəvan arasında sülh sazişinin mətni 11 avqustda dərc ediləcək

BAKI, 9 avqust. TELEQRAF

Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin mətni 11 avqust axşamı dərc ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib.

"Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək", - məlumatda deyilir.

Mətni Vaşinqtonda Ermənistan XİN başçısı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.

Избранный
120
50
teleqraf.com

10Источники