RU

Bu ölkələr Azərbaycanla Ermənistan arasındakı razılaşmanı alqışladı

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.

Publika.az xəbər verir ki, bunu nazirliyin rəsmi sözçüsü, səfir Sufyan əl-Qudat bildirib.

Qeyd olunub ki, bu tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.

XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.

Bundan öncə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayıb.

Bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda yer alıb.

Избранный
8
3
publika.az

5Источники