"İmişli" klubu sabiq futbolçusu Xəzər Mahmudovu yenidən transfer edib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

X. Mahmudov son olaraq "Baku Sportinq"də çıxış edib. O, 2023/24 mövsümünü də "İmişli"də keçirmişdi.