RU

Dövlət başçısı: Azərbaycanda dini və etnik zəmində hər hansı problem yaşanmayıb

“Azərbaycan etnik və dini müxtəlifliyi ilə fərqlənir, dünyada məşhurdur”.

FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Prezident bildirib ki, Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur: “Azərbaycanda dini və etnik zəmində hər hansı problem yaşanmayıb. Azərbaycan hazırda multikulturalizmin mərkəzidir. Ölkəmizdə fərqli etnik qruplar, müxtəlif dinlərə mənsub şəxslər bir ailə olaraq yaşamağa davam edir. Bu gün kimlərsə hələ də ya reallıqdan bixəbərdirlər, yaxud məqsədli şəkildə səhv təsəvvür yaratmaq istəyirlər. Onlardan savayı digərləri vəziyyətdən məlumatlıdırlar”

Избранный
15
1
fed.az

2Источники