RU

Cüdo millisinin baş məşqçisi: Əsas diqqətimiz fiziki hazırlığa yönəlib

BAKI, 9 avqust. TELEQRAF

“Dünya çempionatından sonra geniş bir hazırlıq mərhələsini yekunlaşdırdıq və idmançılar üçün istirahət vacib idi. İndi isə uzun yay dövründə formaya qayıtmaq üçün ən uyğun məkan bura oldu".

Teleqraf xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Azərbaycan Cüdo Federasiyasının rəsmi səhifəsinə açıqlamasında deyib.

O, Bakıda havanın çox isti olduğunu bildirib: "Yer dəyişikliyi isə idmançıların motivasiyasını artırır. Burada hava təmizdir. Dağlara qalxmaq da mümkündür. Yəni bu toplanış bizim üçün faydalı oldu. Əsas diqqətimiz fiziki hazırlığa yönəlib. Amma bu zamanı effektiv şəkildə istifadə edərək ne-vaza üzrə də inkişaf etməyə çalışırıq. Bu istiqamətdə çox işləyirik və deyə bilərəm ki, idmançılarımız özlərini yaxşı tərəfdən göstərdilər”.

Избранный
33
1
teleqraf.com

6Источники