RU

Tehran Bakı-İrəvan razılaşmasını alqışladı: Amma həm də, görün nədən narahat olub

İran Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını sabitliyə doğru atılan mühüm addım kimi alqışlayır. Eyni zamanda, İran regionun təhlükəsizliyini təhdid edə biləcək hər hansı kənar müdaxilənin mümkün mənfi nəticələrindən narahatlığını ifadə edir.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin “X” şəbəkəsində dərc etdiyi yazıda deyilir.

Qeyd olunur ki, İran Xarici İşlər Nazirliyi baş verənlər fonunda Azərbaycan və Ermənistanla əlaqə saxlayır.

"İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yekunlaşdırılmasını alqışlayır və bunu regionda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir. Eyni zamanda, İran hər hansı formada, xüsusən də ümumi sərhədlər yaxınlığında istənilən xarici müdaxilənin mümkün mənfi nəticələrindən narahatlığını ifadə edir", - bəyanatda deyilir.

İran əmindir ki, kommunikasiya yollarının açılması region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verəcək, ancaq region ölkələrinin maraqlarına, milli suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətlə, kənar müdaxilə olmadan.

Избранный
77
50
publika.az

10Источники